Maraq Konflikti

maraq konflikti şəxsin formal məsuliyyəti ilə kütləyə xidmət etmək üçün onun professional mühakiməsini, obyektivliyini və müstəqilliyini təhlükə altına qoyan ictimai fəaliyyətdə iştirak edəndə əmələ gəlir.
Manufaktura
Maraq Sifarişi
OBASTAN VİKİ
Maraq
== Maraq nədir? == Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s.
Kəşmir konflikti
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Maraq qrupu
Maraq qrupu (eyni zamanda təyziq qrupları, lobbi qrupları olaraq da adlandırılır) — zəif ya da möhkəm təşkil olunmuş, öz tərəflərindən yana hərəkət edən, seçkilərə girmədən ictimai siyasətini dəyişdirməyə ya da ictimai siyasətdə ediləcək dəyişikliklərin qarşısını almağa çalışan qruplardır.
İctimai maraq
Ümumi maraq (və ya ictimai maraq ) düsturu bütövlükdə hesab edilən əhalini maraqlandıran və ona xidmət edən hərəkətlərin və ya qurumların məqsədini təyin edir. İlk dəfə Aristotel tərəfindən “ Siyasət adlı əsərində formalaşdırılmış, o vaxtdan bəri çoxsaylı mübahisələrin mövzusu olmuşdur.. “İctimai maraq hüququ” 1960-cı illərin sosial qarışıqlıqları zamanı və ondan sonra ABŞ-də geniş şəkildə qəbul edilmiş bir termindir. Bu, ABŞ Ali Məhkəməsinin hakimi olmamışdan əvvəl geniş ictimaiyyətin maraqları üçün vəkilliyi öz hüquqi praktikasına daxil edən Louis Brandeis tərəfindən nümunə götürülən ənənə üzərində qurulmuşdur. 1905-ci ildə məşhur bir çıxışında Brandeis vəkillik peşəsini tənqid edərək şikayət etdi ki, "bacarıqlı hüquqşünaslar böyük dərəcədə böyük korporasiyaların köməkçisi olmağa icazə verdilər və öz səlahiyyətlərini xalqın müdafiəsi üçün istifadə etmək öhdəliyinə məhəl qoymadılar." 1960-cı illərin sonu və 1970-ci illərin sonlarında çoxlu sayda Amerika hüquq fakültəsini bitirən məzunlar öz işlərində “müvafiqlik” axtarmağa başladılar – o dövrdə Amerika cəmiyyətində çox açıq şəkildə və qızğın müzakirə olunan sosial məsələlərə təsir göstərmək istəyirlər. Brandeisin istinad etdiyi "korporativ əlavələrdən" fərqlənmək üçün özlərini ictimai maraqların vəkilləri kimi təyin etdilər.
Cinsi maraq
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Maraq münaqişəsi
Maraqların münaqişəsi — insanın şəxsi marağının qərar qəbul etmə prosesinə təsir göstərə biləcəyi və beləliklə işçinin işəgötürən olduğu cəmiyyətin və ya şirkətin mənafelərinə zərər verə biləcəyi bir vəziyyət. == Maraqların münaqişələrinin növləri == === Təşkilati === Bir təşkilatın Müştəriyə xidmət göstərməsi və digər fəaliyyət və ya əlaqələrə görə bu təşkilat tərəfsiz olaraq xidmət göstərə bilməməsi, ona həvalə edilmiş funksiyaların yerinə yetirilməsində obyektivliyinin pozulması və ya pozula bilməsi və ya təşkilati maraqlar toqquşması meydana çıxır. bu təşkilatın çox böyük rəqabət üstünlükləri vardır. === Şəxsi === Şəxsi maraqlar toqquşması, bir insanın şəxsi maraqlarının — məsələn, xarici əlaqələr və ya şəxsi maliyyə varlıqları kimi — iş vəzifələrinin icrası ilə faktiki və ya qəbul edilən ziddiyyətlərlə qarşılaşdığı bir vəziyyətdir. Maraqların münaqişəsi ilə necə davranmaq === Profilaktik metod === Mənafelər toqquşmasının qarşısını almaq bu korrupsiya təzahürü ilə mübarizənin ən təsirli yoludur. Belə bir metodun nümunəsi təyin olunmuş dövlət qulluqçusunun şirkətin kapitalındakı paydan imtina etməsidir. === Məlumatların açıqlanması === Dövlət qulluqçularının mütəmadi olaraq varlıqlarını və gəlirlərini bəyan etmələri tələb olunur. Bu, mənafelər toqquşmalarını müəyyənləşdirməyə və qarşısını almağa imkan verir. Bir çox ölkədə ictimai səhiyyə həkimlərindən əczaçılıq şirkətlərindən alınan vəsaitlər haqqında məlumatları açıqlamaq tələb olunur. Fransada xəstələrin təşkilatlarını tibb sənayesi tərəfindən maliyyələşdirməsinə dair məlumatlar açıqlanmağa tabedir.
Maraq toqquşması

Seksual maraq
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Dağlıq Qarabağ konflikti
Qarabağ münaqişəsi — Azərbaycan və Ermənistan arasında Qarabağ və Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri üzərində baş vermiş etnik münaqişə və ərazi mübahisəsi. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Şimali İrlandiya konflikti
Şimali İrlandiya konflikti — XX əsrin 60-cı illəriin sonunda Şimali İrlandiyada baş verən konfliktə verilən ad. İrlandiyaya müstəqillik verildikdən sonra altı qraflıqdan ibarət və əhalisinin çox hissəsi protestant ingilislərdən ibarət olan Şimali İrlandiya Böyük Britaniyanın tərkibində qaldı. Şimali İrlandiyadakı katolik azlıq 1968-ci ildə İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı. Kütləvi iğtişaşlar başlandı. Bir il sonra hökumət Olster şəhərinə qoşun yeritdi. Buna cavab olaraq katoliklər adından çıxış edən İrlandiya Respublika ordusu yerli protestantlara və ingilis siyasi xadimlərinə qarşı partizan müharibəsinə başladı. Qarşılıqlı zorakılıq dinc əhalinin çoxlu qurbanlar verməsinə səbəb oldu. Zorakılıq Olsterdən kənara çıxdı. Londonda və başqa şəhərlərdə partlayışlar törədildi. Ölkədə fövqəladə vəziyyət elan olundu.